RU

"Günlərdir gecələr yatmıram"

Ötən gün "Dolunay" mahnısını və klipini təqdim edən müğənni Lətifə layihənin ərsəyə gəlməsindən danışıb. 

Bizim.Media xəbər verir ki, sənətçi ekran işinin hazırlıqlarının xaricdə aparıldığını və buna görə günlərdir yuxusuz qaldığını bildirib.

O, qeyd edib ki, Amerikada çalışan komandayla danışmaq üçün gecələri yatmayıb:
 

"Neçə gündür gecələr yatmıram. Çünki videolar Amerikada hazırlanır. Onların saatı ilə işləyirik. Videolarımız razılıq almalıdır. Səhərə qədər oyaq qalırıq, "email"ləri və digər platformalarda aktiv olmalıyıq. Çox yoruldum".


Lətifə eyni zamanda Xalq artisti Aygün Kazımovanın 40 illik yaradıcılıq fəaliyyətinə həsr edilən "Best of Aygun 40" albomu üçün oxuduğu "Ya devuşka vostoçnaya" mahnısına hazırlanan klipdən danışıb. O, bildirib ki, həmin klipin də komandası Amerikada olduğu üçün gecələr yata bilmir. Saat fərqinə görə ifaçı komandayla gecələr iclas etməli olub.  (Axşam.az)

Bizim.Media

Избранный
43
6
bizim.media

7Источники