AZ

Günlərdir gecələr yatmıram Video

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Ötən gün "Dolunay" mahnısını və klipini təqdim edən müğənni Lətifə layihənin ərsəyə gəlməsindən danışıb. 

Axşam.az xəbər verir ki, sənətçi ekran işinin hazırlıqlarının xaricdə aparıldığını və buna görə günlərdir yuxusuz qaldığını bildirib. O qeyd edib ki, Amerikada çalışan komandayla danışmaq üçün gecələri yatmayıb:

"Neçə gündür gecələr yatmıram. Çünki videolar Amerikada hazırlanır. Onların saatı ilə işləyirik. Videolarımız razılıq almalıdır. Səhərə qədər oyaq qalırıq, "email"ləri və digər platformalarda aktiv olmalıyıq. Çox yoruldum".

Lətifə eyni zamanda Xalq artisti Aygün Kazımovanın 40 illik yaradıcılıq fəaliyyətinə həsr edilən "Best of Aygun 40" albomu üçün oxuduğu "Ya devuşka vostoçnaya" mahnısına hazırlanan klipdən danışıb. O bildirib ki, həmin klipin də komandası Amerikada olduğu üçün gecələr yata bilmir. Saat fərqinə görə ifaçı komandayla gecələr iclas etməli olub. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
6
axsam.az

7Mənbələr