Bakı, 22 aprel, AZƏRTAC
“Gəncə” komandası braziliyalı voleybolçu Qabriela Oliviera Fabiano ilə yollarını ayırıb.
Qərb təmsilçisindən AZƏRTAC-a bildirilib ki, klubla müqavilə müddəti başa çatan oyunçu komandanı tərk edib.
Qeyd edək ki, Qabriela Oliviera Fabiano “Gəncə”yə ötən ilin yayında keçmişdi.