RU

Vəfat edənləri bu cür “diriltdilər” Çindən yeni icad + VİDEO

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çində hazırlanmış süni intellekt sistemi, ölən şəxslərin foto, video və səs yazılarından rəqəmsal klonlarını yaradıb. 

Sistem istifadəçilər tərəfindən yüklənmiş fotoları, videoları və səs yazılarını təhlil edərək, şəxsin üzünü, ifadələrini və səs tonunu təqlid edən rəqəmsal personaj yaradır. Nəticədə əldə edilən süni intellekt klonu real insana çox oxşar görünüş və danışıq tərzi təklif edir.

Təxminən 3 dollara təklif olunan bu xidmət, istifadəçilərə yaxınlarının görünüşünü və səsini təqlid edən virtual versiyalar təqdim edir.

Texnologiya diqqəti cəlb etsə də, onun etik və psixoloji təsirləri də müzakirələrə səbəb olub.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
40
azpolitika.info

10Источники