RU

Türkiyə-Yeni Zelandiya əməkdaşlığı güclənir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın general-qubernatoru Sindi Kiro ilə görüşüb. 

Bu barədə Türkiyə Respublikası Prezidenti yanında Kommunikasiya İdarəsinin açıqlamasında bildirilib.

Danışıqlar Ankaradakı Prezident Sarayında baş tutub. Görüşdə Türkiyə-Yeni Zelandiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub. 

Sindi Kironun Ankaraya səfərinin əhəmiyyətini vurğulayan Prezident Ərdoğan, bunun Türkiyə və Yeni Zelandiyanın ortaq yaddaşında xüsusi yer tutan Çanaqqala döyüşünün 111-ci ildönümünə təsadüf etdiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə Yeni Zelandiya ilə iqtisadi, eləcə də müdafiə sənayesi və nəqliyyat sahələrində əlaqələri inkişaf etdirməyə çalışır. 

Türkiyə lideri Yeni Zelandiyanın islamofobiyaya qarşı mübarizədəki prinsipial mövqeyindən məmnunluğunu ifadə edib. O, həmçinin Yeni Zelandiyanın Fələstin xalqının hüquqları uğrunda mübarizəsinə və həm BMT çərçivəsində, həm də ikitərəfli şəkildə Fələstin üçün iki dövlətli həll yoluna verdiyi dəstəyi yüksək qiymətləndirib. O, Yeni Zelandiyanın Fələstin Dövlətini tanımasının Fələstin məsələsinin həllinə töhfə verəcəyinə əminliyini bildirib.

P.ƏMİRCANOV
XQ

 

Избранный
48
1
xalqqazeti.az

2Источники