RU

Çin tədqiqatçıları dronlara məsafədən enerji ötürən sistemi sınaqdan keçiriblər

Bakı. Trend:

Çinli tədqiqatçılar dronlara yerdən mikrodalğalı şüa vasitəsiləenerji ötürən sistemi uğurla sınaqdan keçiriblər. Mobilşüalandırıcı qurğu enerjini aparatın alt hissəsindəki antenaqəfəsinə ötürərək fiziki bağlantı olmadan fasiləsiz enerji təminedir.

Trend-inməlumatına görə, təcrübə zamanı həm dronun, həm də yerüstü qurğununhərəkətdə olduğu şəraitdə belə enerji ötürülməsi sabit saxlanılıbki, bu da mühüm irəliləyiş sayılır.

Texnologiya pilotsuz uçuş aparatlarının havada qalma müddətinixeyli artıraraq fasiləsiz müşahidə və əməliyyat imkanlarınıgenişləndirə bilər. Nəticələr “Aeronautical Science & Technology”jurnalında dərc olunub. Tədqiqat Sidyan Universitetinin alimləritərəfindən aparılıb.

Sınaqlarda sistem dronun təxminən 15 metr hündürlükdə 3,1 saataqədər uçuşunu təmin edib. Layihə rəhbəri Sun Livey bildirib ki,şüanın hərəkətdə olan hədəfə dəqiq yönəldilməsi GPS və real vaxtizləmə sistemlərinin inteqrasiyası ilə mümkün olub.

Избранный
34
az.trend.az

1Источники