RU

Yaxın Şərqdən gələn enerji Çin üçün vacibdir

Çin uzun illərdir enerji təhlükəsizliyini gücləndirməyə çalışır. Çin Xalq Respublikasının Sədri Si Cinpin dövründə ölkədə günəş, külək və su enerjisinə böyük sərmayələr yatırılıb.

“CNN” xəbər verir ki, Çin xaricdən neft və qaz asılılığını azaltmaq üçün yeni neft və qaz yataqları açıb və böyük enerji ehtiyatları toplayıb. Ölkə hazırda böyük miqdarda neft ehtiyatına malikdir.

Son vaxtlar Yaxın Şərqdəki hadisələr səbəbindən qlobal neft böhranı yaranıb. Lakin bir çox Asiya ölkəsi çətinlik çəkərkən, Çin bu vəziyyətdən nisbətən az təsirlənib. Buna səbəb elektrikli avtomobillərin artması və bərpaolunan enerjinin geniş istifadəsidir. Çində satılan yeni avtomobillərin yarısından çoxu elektrik və ya hibriddir. Bununla belə, Çin hələ də neft və qaz idxalından asılıdır. Xüsusilə, Yaxın Şərqdən gələn enerji ölkə üçün vacibdir.

Mütəxəssislər bildirirlər ki, Çin düzgün enerji siyasəti sayəsində bu böhrana hazır idi və vəziyyəti daha yaxşı idarə edə bilir. Çin rəhbərliyi isə hesab edir ki, bərpaolunan enerji gələcəkdə ölkəni daha da gücləndirəcək.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
31
azerbaijan-news.az

1Источники