Triatlonçu sosial media fenomeni ABŞ-də qatıldığı yarışda ölü tapılıb.
Mara Flaviya Araujo adlı 38 yaşlı braziliyalı sosial media ulduzu, Texas ştatının Hyuston şəhəri yaxınlığında keçirilən "Ironman" triatlon yarışının üzgüçülük mərhələsində yoxa çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, NTV-nin xəbərinə görə, Vudland gölündəki 3,8 kilometrlik üzgüçülük parkurunda itkin düşən Araujo üçün xilasetmə qrupları fəaliyyətə başlasa da, idmançının cansız bədəni saatlar sonra tapılıb.
Sağlam və sportiv həyat mövzularını ön plana çıxardığı "Instagram" hesabı olan Araujonun boğulmuş ola biləcəyi ifadə edilib.
Yarışa qatılmasından dərhal əvvəl 60 min izləyicisinin olduğu "Instagram" hesabından paylaşım edən sosial media fenomeni triatlonçu, yarışı "Başqa bir iş günü" mesajı ilə paylaşıb.
Araujonun bacısı Melissa Araujo hadisənin araşdırılmasını tələb edərkən, Maranın tədbirdə həyatını itirdiyini təsdiqləyib.
Braziliyanın San-Paulu şəhərində doğulan Maranın radio aparıcılığı və DJ-lik etdiyi bildirilib.
Yaxın vaxtlarda etdiyi bir paylaşımda təxminən 8 il əvvəl sağlamlıq problemi diaqnozu qoyulduqdan sonra triatlona yönələn Araujo, Braziliya Triatlonunda üçüncü yeri tutmuşdu.