RU

Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda metronun müvəqqəti olaraq bağlanması ilə bağlı avtobuslarla gedişə təlabat xeyli artıb.

BAKU.WS-in məlumatına görə, sözügedən hal metronun "28 May" stansiyasının yaxınlığında müşahidə olunur.

Xatırladaq ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb. Metroya giriş isə tam bağlanıb.

AYNA-dan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir. Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
baku.ws

3Источники