AZ

Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır

ain.az bildirir, Baku.ws portalına istinadən.

Bakıda Metropolitenin müvəqqəti bağlanması ilə bağlı bəzi avtobuslar pulsuz xidmət göstərir.

BAKU.WS-in məlumatına görə, sözügedən hal metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.

AYNA-dan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir. Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur.

Xatırladaq ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb. Metroya giriş isə tam bağlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
50
baku.ws

10Mənbələr