ATV-nin "Kəlmə-kəlməyə" meyxana şousunda sonuncu yarımfinalçının adı məlum olub.
Far.Az xəbər verir ki, ¼ mərhələnin son qarşılaşmasında meyxanaçılar Tərlan Xəlilov və Valeh Musayev üz-üzə gəlib.
Gərgin keçən "söz savaşında" Tərlan Xəlilov rəqibini rekord göstərici ilə qabaqlayaraq adını yarımfinala yazdırıb.
Belə ki, Tərlan Xəlilov 21138 səs toplayaraq yarışma ərzində rekorda imza atıb. Valeh Xəlilov isə 19015 səs tolasa da rəqibinə məğlub olaraq yarışmanı tərk edib.
Qeyd edək ki, yarımfinal mərhələsində Kərim Kərimov Cəlil Əliyevlə, Fariz Zeynalov isə Tərlan Xəlilovla qarşılaşacaq.