
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.Ulusum.az xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Diqqət Çəkənlər
Bakıda avtobus sürücüsü sükan arxasında ölüb.
Azərbaycan buğda idxalını 29 % artırıb
Hakan Fidan: Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birliyi bütün dünyaya mesajdır