RU

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakı, 21 aprel, AZƏRTAC

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

9. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

11. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

13. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

15. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

16. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

17. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

18. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.

Избранный
29
49
azertag.az

10Источники