RU

Yaponiyada güclü zəlzələ: SUNAMİ TƏHLÜKƏSİ ELAN EDİLDİ

Yaponiyada 7,4 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

 

Yaponiyanın NHK telekanalının məlumatına görə, ölkənin şimal-şərqində baş verən güclü zəlzələ səbəbindən Honsyu adasında yerləşən İvate prefekturası və ətraf bölgələrdə yaxın vaxtlarda hündürlüyü 3 metrə qədər çata biləcək sunami gözlənilir.

 

Məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) də təsdiqləyib. Onun qiymətləndirməsinə görə, Honsyu adasının şimal-şərq sahillərində baş verən zəlzələnin maqnitudası 6,9 olub.

 

ABŞ Geoloji Xidməti (USGS) isə bildirib ki, 7,4 bal gücündə zəlzələ ölkənin şərq sahillərində, İvate prefekturasının Miyako şəhərindən 115 km şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanların episentri dəniz dibindən 10 km dərinlikdə yerləşib. USGS sunami təhlükəsini təsdiqləyib.

[media=https://www.youtube.com/watch?v=mWK7QuuI-oQ]



Избранный
31
senzor.az

1Источники