RU

Kanadada inflyasiya İran müharibəsinin təsiri ilə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanadada inflyasiya İran müharibəsinin təsiri ilə artıb.

Banco.az xəbər verir ki, Kanadada aylıq inflyasiya 0,9 faiz səviyyəsinə yüksələrək son 14 ayın ən yüksək göstəricisinə çatıb. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların median gözləntisi isə 1,1 faiz idi.

İllik inflyasiya da 2,2 faizdən 2,4 faizə yüksəlib. Qida və enerji qiymətlərini əhatə etməyən əsas (baza) inflyasiya isə 2 faizdən 1,9 faizə enib.

Kanada Statistika İdarəsinin bazar ertəsi yayımladığı hesabata əsasən, Yaxın Şərqdə baş verən münaqişənin qlobal neft qiymətlərini artırması nəticəsində benzin qiymətləri aylıq müqayisədə 21,2 faiz bahalaşaraq rekord səviyyəyə çatıb.

Təbii qaz qiymətləri isə aylıq müqayisədə 18,1 faiz ucuzlaşaraq enerji qiymətlərindəki ümumi artım tempini zəiflədib.

Açıqlanan inflyasiya göstəriciləri İran müharibəsinin ölkədə qiymət artımına təsiri ilə bağlı ilk siqnalları ortaya qoyur. Ölkənin Mərkəzi Bankı inflyasiya risklərini iqtisadiyyatda davam edən zəifləmə ilə birlikdə qiymətləndirərkən, bu təsirin benzin qiymətlərindən kənara yayılıb-yayılmayacağını diqqətlə izləyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
39
1
banco.az

2Источники