RU

"“Real” üçün ÇL kubokunu qazanmaq La Liqada qalib gəlməkdən asandır"

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa müzakirələrə səbəb olan açıqlamalar verib. Metbuat.az xəbər verir ki, o, “Real” üçün Çempionlar Liqasını qazanmağın La Liqada qalib gəlməkdən asan olduğunu iddia edib. Arbeloa bildirib ki, La Liqadakı hakim səhvləri klubun titul qazanmasına mane olur. Arbeloa, titul yarışında “Barselona”dan 9 xal geri qalmasına səbəb kimi bir sıra mübahisəli hakim qərarlarını irəli sürüb.

O, "Son illərdə La Liqada inkişaf edə biləcəyimiz sahələr var və düşünürəm ki, son bir neçə ayda zəif rəqiblərə qarşı oyunlarla müqayisədə böyük, çətin matçlarda daha yaxşı çıxış etdik”, - deyə bildirib.

Избранный
9
1
metbuat.az

4Источники