RU

Ukrayna Silahlı Qüvvələri: Rusiya qoşunları Sumı vilayətində bir neçə qəsəbəni tutub

Kiyev, 20 aprel, AZƏRTAC

Rusiya ordusu Sumıdan uzaqdadır. O, Sumı vilayətinin sərhədində bir neçə yaşayış məntəqəsini ələ keçirməyə nail olub.

Bu barədə AZƏRTAC Ukraynanın Birgə Qüvvələr Komandanlığının Teleqram səhifəsinə istinadən xəbər verir.

Komandanlıq bildirib ki, Sumı vilayətində Ukrayna ərazisinin dərinliyinə nüfuz etmək üçün aylarla davam edən cəhdlərindən sonra Rusiya qoşunları birbaşa sərhəddə bir neçə qəsəbəni ələ keçirməyə nail olublar.

“Beləliklə, sərhəd nəzarət zonası 3-4 km-ə qədər dərinlikdədir, Sumı şəhəri isə buradan 35 km-dən çox məsafədə yerləşir”, - deyə məlumatda deyilir.

Hərbçilər şəhərin şərqdən mühasirəyə alınması perspektivlərini qiymətləndirərkən, bu məlumatları nəzərə almağa çağırıblar.

Komandanlıq, həmçinin qeyd edib ki, Ukrayna ərazilərinə doğru hücumlarının qarşısı alınır.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Избранный
36
2
azertag.az

3Источники