ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın 2006-cı ildə müdafiə naziri işləyən Serj Sərkisyanın iştirakı ilə həyata keçirilən torpaq sövdələşməsinə görə, təxminən 205 min ABŞ dolları dövlət xeyrinə müsadirə olunacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğa məlumat yayıb.
Məlumata görə, fevralın 27-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Dövlət Maraqlarının Müdafiəsi Departamentinin növbəti vəsatətini təmin edib.
Məhkəmə 3 mart 2006-cı ildə Serj Sərkisyan ilə qapalı səhmdar cəmiyyəti arasında İrəvanda yerləşən 0,17 hektar torpaq sahəsinin alqı-satqısına dair müqaviləni etibarsız sayıb.
Qərara əsasən, torpaq sahəsinin naturada geri qaytarılması mümkün olmadığından, onun dəyəri, 78,86 milyon dram (təxminən 205 min ABŞ dolları) şirkətdən tutularaq dövlətin xeyrinə ödəniləcək.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.