ain.az bildirir, Idman.biz portalına istinadən.
Bu gün “Neftçi” rəhbərliyi ilə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov arasında görüş keçirilib.
İdman.Biz teleqraf.az-a istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə paytaxt təmsilçinin rəhbərliyi Azərbaycan Premyer Liqasının 28-ci turunda “Zirə” ilə oyunda və bundan öncəki qarşılaşmalardakı hakim qərarları ilə bağlı narazılığını dilə gətirib.
Bakılılar bu səhv qərarların sonrakı turlarda da baş verəcəyi ehtimalından narahatlığını bildirib.
Aparılan müzakirələrdə Hakimlər Komitəsinin sədri “Zirə” - “Neftçi” matçında İnqilab Məmmədovun səhv qərar verdiyini etiraf edib.
Məlumata görə, Rəhim Həsənov İnqilab Məmmədovun sözügedən oyundakı qərarının yanlış olduğunu ənənəvi şərhində bildirəcək.
Bu durumda həmin qarşılaşmada VAR hakimi olan Nicat İsmayıllının cəzalandırılacağı istisna deyil.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.