RU

İngiltərə nəhəngi seçimini etdi Simeone əsas namizəddir

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İngiltərədə peyda ola bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.

Mənbənin məlumatına görə, "Çelsi" argentinalı ilə ciddi maraqlanır. London klubu Simeonenin onlar üçün ən yaxşı variant olduğu qənaətindədir və tezliklə danışıqlara başlamağı planlaşdırır.

Hazırkı çalışdırıcı Liam Rosenyerin rəhbərliyi altında komanda uzun müddətdir davam edən böhrandan xilas ola bilmir. Əksinə, "Çelsi" ardıcıl son dörd Premyer Liqa oyununda bir qol belə vura bilməyərək məğlub olub.

Dieqo Simeone 2011-ci ildən bəri "Atletiko Madrid"i çalışdırır. Liam Rosenyer isə 6 yanvar 2026-cı ildə "Çelsi"nin baş məşqçisi təyin olunub.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
7
fanat.az

10Источники