AZ

Simeone 1000-ə çatdı

style='margin-bottom:10px;'>

İspaniya La Liqasının 34-cü turunda “Valensiya” ilə keçirilən görüş "Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatan görüş Simeonenin karyerasındakı 1000-ci matçı olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı mütəxəssis bu matçların 562-də qələbə qazanıb, 212-də uduzub.

Simeone “Atletiko”da 795, La Liqada isə 550 görüş keçirib. 56 yaşlı mütəxəssis 20 illik məşqçi karyerası ərzində 10 kubok qazanıb.

Seçilən
0
6
teleqraf.com

10Mənbələr