ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Aktyor Ekin Mert Daymaz son vaxtlar məktəblərdə artan zorakılıq halları ilə bağlı müzakirələrə qoşulub. Aktyor bu hadisələrin mafiya mövzulu ekran işləri ilə əlaqələndirilməsinə kəskin etirazını bildirib.Demokrat.az xəbər verir ki, hazırda "Yeraltı" serialında "Ferhat" obrazını canlandıran aktyor bu cür iddiaların reallığı əks etdirmədiyini vurğulayıb. Ekin Mert Daymaz hesab edir ki, cinayət meyllərini yalnız televiziya layihələrinin üzərinə yıxmaq düzgün yanaşma deyil.
"Seriallar tək başına belə şeylərə səbəb ola bilməz. İnsan bunu edəcəksə, edəcək. Biz serial çəkməsək də internet var. Dünyada saysız-hesabsız serial mövcuddur, bizimkini izləməsələr, ona baxacaqlar" – deyə aktyor fikrini tamamlayıb.Yəni, tanınmış aktyor bildirir ki, cəmiyyətdəki mənfi hadisələrin kökü daha dərindir və internet dövründə məsuliyyəti yalnız mafiya seriallarının üzərinə atmaq bəhanədən başqa şey deyil.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.