RU

PSJ-nin hücum xəttinə 2 namizədi bəllidir

Fransa çempionu PSJ yay transfer pəncərəsi üçün hücum və cinah xətlərini gücləndirməyi planlaşdırır.

Msport.az xəbər verir ki, Paris klubu “Arsenal”dan Qabriel Martinelli və “Leypsiq”dən Yan Diomandenin nümayəndələri ilə ilkin danışıqlara başlayıb.

Rəhbərlik növbəti mövsüm üçün komandanın hücum potensialını artırmaq məqsədilə geniş imkanlara malik futbolçuları heyətə qatmağı hədəfləyir.

Hər iki futbolçunun potensial transferi Paris təmsilçisinin hücum xəttindəki rəqabəti daha da artıracaq. Danışıqların yaxın aylarda daha da intensivləşəcəyi gözlənilir.

Избранный
4
2
msport.az

3Источники