RU

Hörmüzdə Fransa gəmisinə hücum edilib

Fransanın "CMA CGM" gəmiçilik şirkətinə məxsus "Everglade" konteynerdaşıyıcı gəmisi Hörmüz boğazından keçərkən ona açılan xəbərdarlıq atəşi nəticəsində zədələnib.

Trend xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi məlumata əsasən, bütün heyət üzvləri təhlükəsizlikdədir və onlardan heç biri xəsarət almayıb.

Bildirilib ki, gəmi işlək vəziyyətdədir və açılan atəş yalnız bir neçə konteynerə ziyan vurub.

Qeyd edək ki, 2026-cı ilin aprelində ABŞ Mərkəzi Komandanlığı İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatına blokada tətbiq etməyə elan edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
3
olaylar.az

4Источники