RU

Azərbaycan buğda idxalını artırdı

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb Bu həcmdə buğdanın dəyəri 82 milyon 765min ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 83 min 806 ton (29 %), dəyər baxımından isə 20 milyon 520 mindollar (33 %) çoxdur. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 2 %-ni təşkil edib. Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır. Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Избранный
3
14
Ajans.az

10Источники