"Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü bərpa olunub."
"Cebheinfo.az" xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
"İntensiv yağışların fəsadı olaraq Sabunçu tunelinin altından keçən tullantı su xəttindəki qəza aradan qaldırılıb. Şəbəkə təmir olunaraq bərpa edilib", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyünün çökməsi ilə bağlı məlumat vermişdik.
"Cebheinfo.az"