AZ

Sabunçu tunelindəki təhlükəli vəziyyət ARADAN QALDIRILDI

"Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü bərpa olunub."

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

"İntensiv yağışların fəsadı olaraq Sabunçu tunelinin altından keçən tullantı su xəttindəki qəza aradan qaldırılıb. Şəbəkə təmir olunaraq bərpa edilib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyünün çökməsi ilə bağlı məlumat vermişdik.

Seçilən
1
4
far.az

5Mənbələr