RU

Paşinyan: Qonşularla münasibətlərin inkişafı əsas prioritetdir

Bakı. Trend:

Ermənistanın qonşu ölkələrlə münasibətləri inkişaf etdirməsiölkənin xarici siyasətinin əsas prioritetidir.

Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş-naziriNikol Paşinyan öz “Facebook” səhifəsində “Vətəndaş Müqaviləsi”partiyasının seçkiqabağı proqramının təqdimatında deyib.

Onun sözlərinə görə, Ermənistan Gürcüstan, İran, Türkiyə vəAzərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindədir. Paşinyanvurğulayıb ki, regionallaşma ölkəyə xarici dəstək olmadan dayanıqlıinkişaf imkanı yaratmalıdır.

Paşinyan Azərbaycanla Vaşinqtonda imzalanmış sülh razılaşmasınınəhəmiyyətini vurğulayaraq, erməni seçiciləri sülhün müdafiəsinəqalxmağa çağırıb:

“Ermənistan və Azərbaycan arasında sülh bərqərar olunub və bu,Ermənistan üçün sülh yolu ilə inkişaf dövrünün başlanmasına imkanyaradıb.7 iyunda keçiriləcək seçkilərdə bizim birlikdə həll etməliolduğumuz bir vəzifə var – biz yeni, körpə, həssas və gündəlikqayğımıza ehtiyacı olan sülhün müdafiəsinə qalxmalıyıq.7 iyuntarixində seçki məntəqəsinə gəlin və “Vətəndaş Müqaviləsi”partiyasına səs verərək sülhün müdafiəsinə qalxın”,-deyə Paşinyanyazıb.

Избранный
7
3
az.trend.az

4Источники