Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş-naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində "Vətəndaş Müqaviləsi" partiyasının seçkiqabağı proqramının təqdimatında deyib.
Onun sözlərinə görə, Ermənistan Gürcüstan, İran, Türkiyə və Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindədir. Paşinyan vurğulayıb ki, regionallaşma ölkəyə xarici dəstək olmadan dayanıqlı inkişaf imkanı yaratmalıdır.
Paşinyan Azərbaycanla Vaşinqtonda imzalanmış sülh razılaşmasının əhəmiyyətini vurğulayaraq, erməni seçiciləri sülhün müdafiəsinə qalxmağa çağırıb:
"Ermənistan və Azərbaycan arasında sülh bərqərar olunub və bu, Ermənistan üçün sülh yolu ilə inkişaf dövrünün başlanmasına imkan yaradıb.7 iyunda keçiriləcək seçkilərdə bizim birlikdə həll etməli olduğumuz bir vəzifə var - biz yeni, körpə, həssas və gündəlik qayğımıza ehtiyacı olan sülhün müdafiəsinə qalxmalıyıq.7 iyun tarixində seçki məntəqəsinə gəlin və "Vətəndaş Müqaviləsi" partiyasına səs verərək sülhün müdafiəsinə qalxın",-deyə Paşinyan yazıb.