RU

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Binəqədi Rayon Məhkəməsinin müraciətinə baxılacaq

Bakı, 20 aprel, AZƏRTAC

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun mayın 12-nə təyin edilmiş iclasında baxılacaq.

Избранный
91
10
azertag.az

10Источники