RU

Rusiya klubunun üzvü Azərbaycanda OYNAYA BİLƏR

Rusiyanın birinci liqa təmsilçisi “SKA-Xabarovsk”un əslən azərbaycanlı qapıçısı İslam İmamov yeni mövsümə yeni komandada başlaya bilər. 

Bakıvaxtı.az xəbər verir ki, İmamovun Rusiya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-da başa çatacaq. 

24 yaşlı futbolçunun xidmətində Premyer Liqa klublarımız maraqlıdır. 

Mövsüm bitdikdən sonra klublarımızın İmamov üçün mübarizə aparacağı gözlənilir. Əgər danışıqlar müsbət yekunlaşarsa, İslamın klublarımızdan birinin təklifini dəyərləndirərək, karyerasını Azərbaycanda davam etdirmək istəyinin də olduğu bildirilir. 

Qeyd edək ki, həmyerlimiz “Legion-Dinamo”, “İjorets”, “Zvezda”, “Kuban Holdinq” klublarında çıxış edib. 

Избранный
6
5
bakivaxti.az

6Источники