RU

Anakliya Limanı: Gürcüstanın Qərbə qayıdış və strateji rifah şansı – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Gürcüstan - Lelo" partiyasının beynəlxalq katibi Qriqol Geqeliya bəyan edib ki, Anakliya dərin dəniz limanının inşası ölkə üçün yeni imkanlar pəncərəsi açaraq Gürcüstanı yenidən tarixi Qərb kursuna qaytara bilər. 

Geqeliyanın sözlərinə görə, bu layihə sadəcə iqtisadi deyil, həm də suveren strateji seçimdir və "Tramp adına Cənubi Qafqaz Sülh və Rifah Yolu"nun mühüm tərkib hissəsi olmalıdır. Partiya rəsmisi vurğulayıb ki, limanın inşası Rusiya və ya Çin şirkətlərinin deyil, məhz ABŞ və Avropa tərəfdaşlarının investisiyaları hesabına həyata keçirilməlidir. 

O, həmçinin qeyd edib ki, Anakliya limanının inkişafı ölkədəki demokratik islahatlar və azad seçkilər prosesi ilə sıx bağlıdır. Layihənin yüksək şəffaflıqla icra edilməsi Gürcüstanın beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiyasını təmin etməklə yanaşı, ölkə büdcəsinə yüz milyonlarla gəlir gətirərək vətəndaşların rifahına xidmət edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
24
olaylar.az

1Источники