Məlumata əsasən, Hindistanın Cammu və Kəşmir bölgəsində 3 universitet ABŞ mənşəli qeyri-hökumət təşkilatı (QHT) ilə imzaladıqları əməkdaşlıq memorandumu (MOU) ləğv edib.
QHT.az xəbər verir ki, bu barədə Le Monde.fr məlumat yayıb.
Qərarın təhlükəsizlik narahatlıqları və xarici təsir riskləri səbəbilə verildiyi bildirilir.
Hadisə regionda QHT-lərin fəaliyyətinə nəzarətin güclənməsi və xarici təşkilatlarla əməkdaşlığa daha sərt yanaşmanın tətbiq olunması kimi qiymətləndirilir.
Nigar Rəhimova