RU

Türkiyədə 420 kiloqram narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb

Türkiyənin Ədirnə və İstanbul vilayətlərində keçirilən əməliyyatlarda ölkəyə ümumilikdə 420 kiloqram narkotikin daxil olmasının qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Kapıkule Gömrük Keçid Məntəqəsindən keçən bir yük avtomobilinin yoxlanması zamanı 280 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Digər bir əməliyyat isə İstanbul Hava Limanında keçirilib. Belə ki, yoxlamalar zamanı ABŞ-dan gələn bir baqaj şübhəli hesab edilərək araşdırılıb. Yoxlama zamanı baqajdan 140 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Müsadirə edilən narkotik maddələr məhv edilib və hadisələrlə bağlı Ədirnə və Qaziosmanpaşa Respublika Prokurorluğu tərəfindən araşdırmalar başlanıb.

Избранный
35
apa.az

1Источники