RU

Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ

ABŞ-da antiqravitasiya texnologiyaları, kosmos və UNO (uçan naməlum obyekt) fenomenini araşdıran 34 yaşlı tədqiqatçı Emi Eskric müəmmalı şəkildə vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, Eskricin ölümü hələ dörd il əvvəl məlum olsa da, hazırda kosmik tədqiqatlarla əlaqəli şəxslərin ardıcıl ölümü və yoxa çıxması fonunda bu işə maraq yenidən artıb. Hadisə hətta ABŞ Konqresində də müzakirə olunub.

Tədqiqatçının odlu silah yarası almış cəsədi 11 iyun 2022-ci ildə Alabama ştatının Hantsvill şəhərində tapılıb. Polis və koronerlər ölümün səbəbini rəsmən açıqlamasalar da, müstəqil jurnalistlər və konqresmenlər sübutların zorakı ölümə işarə etdiyini iddia edirlər.

Избранный
34
publika.az

1Источники