RU

Yeni salınmış qəbiristanlıqda metal konstruksiyaları doğrayıb apardılar – VİDEO

Əvvəlcə tor çəpər kəsilib, sonra isə içəridə olan çardağın daşıyıcı hissələri tamamilə zədələnib və artıq istifadə üçün yararsız vəziyyətə düşüb.

NOCOMMENT.az xəbər verir ki, Qaradağ rayonu Sahil qəsəbəsində köhnə qəbristanlıqla üzəbüz bu böyük ərazi yeni qəbristanlıq üçün nəzərdə tutulub. Amma, burada hələ yeni qəbirlər salınmamışdan qəbristanlığın çardağı xüsusi alətlər, laqonda vasitəsilə kəsilərək aşırdılıb və bu hala salınıb.

Məsələ ilə bağlı yerli sakinlər danışmaq istəmədilər. Ancaq bildirdilər ki, qəbiristanlıq kimi müqəddəs sayılan bir məkanda belə hadisənin baş verməsi cəmiyyət üçün qəbuledilməzdir. Bu hadisənin böyük ehtimal gecə saatlarında baş verdiyini dedilər.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə də yayılıb. Videonu paylaşan şəxslər bu əməli törədənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Məsələ ilə bağlı Qaradağ rayon İH-nə müraciət etdik. Bildirildi ki, bu məsələylə bağlı Sahil İcra Nümayəndəliyinə müraciət etməliyik. Ancaq istirahət günü olduğundan, sahil icra nümayəndəliyindən mövqe ala bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
6
2
nocomment.az

3Источники