RU

Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb və regiondakı vəziyyəti müzakirə edib.Bu barədə Baş nazir Şahbaz Şərif sosial media hesabında bildirib.

Şərif qeyd edib ki, o, Pezeşkianla regional vəziyyətin inkişafı barədə “səmimi və konstruktiv” danışıq aparıb, həmçinin İranın İslamabada yüksək səviyyəli nümayəndə heyəti göndərməsini və Tehranda Pakistan ordusunun komandanı feldmarşal Seyid Asim Munirlə keçirilən son görüşləri yüksək qiymətləndirib.

Baş nazir əlavə edib ki, Pakistan davamlı sülhün və regional sabitliyin təmin olunması üçün “dürüst və səmimi vasitəçi” rolunu davam etdirməyə sadiqdir.

Избранный
14
anews.az

1Источники