RU

Paşinyan uzun müddət sonra Anna ilə görüntüləndi –VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan ayrılmaları elan edildikdən sonra ilk dəfə Anna Akopyanla birlikdə ictimaiyyət qarşısına çıxıb.

 

Senzor.az erməni KİV-ə istinadən bildirir ki, Paşinyanın özünün yayımladığı görüntülərdə Aştarak-Gümrü hissəsinin şimal-cənub avtomobil yolunun açılışına həsr olunmuş İrəvan-Gümrü avtoyürüşündə A.Akopyan onu müşayiət edir.

 

Bundan əlavə, avtomobil yürüşündən əvvəl Baş nazirin iqamətgahında çəkilmiş başqa bir videoda Akopyanın Paşinyanın arxasınca getdiyi görünür. Həmin görüntüyə əsasən güman etmək olar ki, Akopyan Paşinyanı səhərdən müşayiət edir.

 

Xatırladaq ki, fevralın sonunda uzun illər vətəndaş nikahında yaşayan N.Paşinyanla A.Akopyanın ayrıldığı məlum olub. Yerli media cütlüyün rəsmi ayrılığına illərlə davam edən gərgin münasibətlərin səbəb olduğunu yazıb.

 

Həmin görüntüləri təqdim edirik:


Избранный
21
senzor.az

1Источники