RU

“Benfika” səfərdə “Sportinq”i məğlub edərək ikinci pilləyə yüksəldi

Portuqaliya çempionatının 30-cu turunda “Sportinq” doğma meydanda “Benfika” ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Joze Mourinyonun yetirmələri 2:1 hesablı qələbəni son dəqiqələrdə qazanıblar.

Görüşün 19-cu dəqiqəsində meydan sahibləri hesabı açmaq üçün əlverişli imkan əldə etsə də, Luis Suares penaltini qola çevirə bilməyib. Bundan sonra futbolun məşhur qaydası işə düşüb. 27-ci dəqiqədə “Benfika” qazandığı fürsəti boşa verməyib. Andreas Şelderup 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb.

72-ci dəqiqədə “Sportinq” hesabı bərabərləşdirib. Hidemasa Morita fərqlənib, məhsuldar ötürməni isə Zeno Debast verib. Qonaqlara üç xalı qazandıran qolu Rafael Silva vurub.

Bu qələbədən sonra “Benfika” xallarını 72-yə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Sportinq” isə 71 xalla üçüncü sıraya enib.

Избранный
29
90deqiqe.az

1Источники