RU

“Arsenal" üçün hər şey hələ də öz əlimizdədir”

“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta “Mançester Siti”yə məğlubiyyətdən (1:2) sonra mövsümün uğurla başa çatacağına inamını qoruduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis gərgin oyun təqviminə baxmayaraq, komandasının potensialına güvəndiyini vurğulayıb:

“Biz çox oyun keçiririk. Davamlı olaraq oynayan yeganə komandayıq. Müsbət tərəf odur ki, bunun öhdəsindən gələ bilirik və daha yaxşı oynaya bilərik”, – deyə Arteta Sky Sports-a açıqlamasında bildirib.

Baş məşqçi əlavə edib ki, çempionluq uğrunda mübarizə hələ də davam edir:

“Qarşıda beş oyun var və biz sona qədər mübarizə aparacağıq. Buna nail olacağımıza tam inanırıq. Bu gün hansı komanda olduğumuzu göstərdik. Hər şey hələ də öz əlimizdədir”.

Hazırda 70 xalla lider olan “Arsenal” mövsümün qalan hissəsində “Nyukasl”, “Fulhem”, “Vest Hem”, “Bernli” və “Kristal Pelas”la qarşılaşacaq. London təmsilçisi həmçinin Çempionlar Liqasının yarımfinalında Madridin “Atletiko” klubu ilə üz-üzə gələcək.

“Mançester Siti” isə 67 xalla ikinci pillədə qərarlaşıb və bir oyun artıq keçirəcək. Komanda növbəti turlarda “Bernli”, “Everton”, “Brentford”, “Bornmut”, “Kristal Pelas” və “Aston Villa” ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, mövsümün sonuna yaxın Premyer Liqada çempionluq yarışı daha da gərginləşir.

Избранный
26
90deqiqe.az

1Источники