RU

Londonda daha bir sinaqoqa hücum edildi

Aprelin 19-na keçən gecə Londonda daha bir sinaqoq hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə "Sky News"un paytaxt polisinə istinadla məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları Londonun yəhudi icmalarında baş verən silsilə yandırma hadisələrinin İranla əlaqəli olub-olmadığını araşdırır.

Son insident Harrou rayonunda qeydə alınıb; orada naməlum şəxslər sinaqoqun pəncərəsini sındıraraq içəri "Molotov kokteyli" atıblar. Hadisə ərazidə patrul xidməti aparan polislər tərəfindən dərhal aşkar edilib. Xəsarət alan olmayıb, binaya ciddi ziyan dəyməyib.

Harrouda baş verən hadisə paytaxtdakı yəhudi icması obyektlərinə edilən dördüncü hücumdur. Belə ki, aprelin 17-də Londonun şimalındakı Hendon rayonunda yəhudi xeyriyyə təşkilatının binasını yandırmağa cəhd göstərilib, aprelin 15-də isə Finçli rayonunda iki nəfər sinaqoqa yandırıcı qarışıq dolu şüşələr atıb. Həmçinin şəhərin yəhudi məhəlləsində təcili yardım maşınlarının yandırılması barədə məlumat daxil olub.

Избранный
32
publika.az

1Источники