RU

Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib

Misli Premyer Liqasında XXVIII tura yekun vurulub.

"Far.Az"un məlumatına görə, turun son oyun günündə iki qarşılaşma baş tutub.

"İmişli" Yevlaxda "Kəpəz"i üstələyib. Yeganə qolu 38-ci dəqiqədə İmişli təmsilçisinin müdafiəçisi Azər Salahlı vurub. Bu nəticədən sonra "İmişli" 29 xalla 9-cu pillədə qərarlaşıb. "Kəpəz" isə 21 xalla 10-cudur.

Turun son matçında "Sumqayıt" evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Sumqayıt təmsilçisinin heyətində 19-cu dəqiqədə Höccət Haqverdi fərqlənib. Bu nəticədən sonra "Sumqayıt" 35 xalla 7-ci yerdədir. 19 xala malik Qəbələ təmsilçisi isə 11-ci pillədə yer alıb.

Qeyd edək ki, daha əvvəl keçirilən matçlarda "Turan Tovuz" "Araz-Naxçıvan"ı (3:0), "Karvan-Yevlax" "Şamaxı"nı (1:0), "Sabah" "Qarabağ"ı (1:0) üstləyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Избранный
42
2
far.az

3Источники