Misli Premyer Liqasında XXVIII tura yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.
"İmişli" Yevlaxda "Kəpəz" üzərində 1:0 hesablı qələbə qazanıb. Görüşdə yeganə qolu 38-ci dəqiqədə İmişli təmsilçisinin müdafiəçisi Azər Salahlı vurub. Bu nəticədən sonra “İmişli” 29 xalla 9-cu, “Kəpəz” isə 21 xalla 10-cu pillədə qərarlaşıb.
Turun son matçında “Sumqayıt” doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. 19-cu dəqiqədə Höccət Haqverdi fərqlənərək komandasına qələbə qazandırıb. “Sumqayıt” 35 xalla 7-ci, “Qəbələ” isə 19 xalla 11-ci pillədə yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz Naxçıvan"ı 3:0, "Karvan Yevlax" "Şamaxı"nı 1:0, "Sabah" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Neftçi" oyunu isə 1:1 hesabı ilə heç-heçə yekunlaşıb.