RU

Robotlar insanlara qalib gəldi, rekord qırıldı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çində keçirilən yarımarafonda humanoid robotlar 21,1 kilometrlik məsafəni insan rekordlarını üstələyən nəticələrlə qət edərək diqqət çəkib.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Pekində təşkil olunan “Pekin Elektron Şəhər Yarımarafonu və Humanoid Robot Yarımarafonu”nda insanlar və robotlar eyni trasda, paralel zolaqlarda yarışıb.

İkinci dəfə keçirilən müsabiqədə “Honor” tərəfindən hazırlanmış humanoid robot modeli 50 dəqiqə 26 saniyə nəticə ilə birinci yeri tutub. Eyni modelin digər versiyaları isə 50 dəqiqə 56 saniyə və 53 dəqiqə 1 saniyə nəticələrlə ardıcıl olaraq finişə çatıb.

Bu nəticə insan yarımarafon rekordlarından xeyli yüksək performans hesab olunur. Kişilər üzrə dünya rekordu 57 dəqiqə 20 saniyə ilə Ceykob Kiplimoya, qadınlar üzrə rekord isə 1 saat 2 dəqiqə 52 saniyə ilə Letesenbet Gideyə məxsusdur.

Yarışda ümumilikdə 105 humanoid robot müxtəlif texnologiya şirkətləri, universitetlər və tədqiqat mərkəzləri tərəfindən hazırlanaraq iştirak edib. Robotlar insan yarışmaçılarla yanaşı, xüsusi ayrılmış paralel zolaqlarda hərəkət ediblər.

Keçən il baş tutan ilk yarışda bəzi robotların tarazlığını itirdiyi və finişə çətinliklə çatdığı müşahidə edilmişdi. Bu il isə robotların əksəriyyəti daha stabil hərəkət, yaxşı koordinasiya və sürət nümayiş etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
3
avtosfer.az

4Источники