ain.az bildirir, Baku.ws portalına istinadən.
Yaz aylarının başlaması ilə sürücülər avtomobillərində bir sıra texniki problemlərlə daha tez-tez qarşılaşırlar. Mütəxəssislər bildirirlər ki, mövsüm dəyişikliyi avtomobil sistemlərinə birbaşa təsir edir.
BAKU.WS xəbər verir ki, qeyd olunur ki, qışdan sonra ən çox rast gəlinən problem akkumulyatorun zəifləməsidir. Soyuq havadan sonra batareya gücünü itirə bilər və bu da işə düşmə zamanı çətinlik yaradır.
Digər geniş yayılmış problem təkərlərin vəziyyəti ilə bağlıdır. Temperaturun dəyişməsi təkər təzyiqinə təsir edir, həmçinin qış təkərlərinin vaxtında dəyişdirilməməsi sürüş riskini artırır.
Mütəxəssislər həmçinin asqı sistemində aşınmaların, əyləc sistemində zəifləmənin və mühərrik yağının vəziyyətininyoxlanılmasının vacibliyini vurğulayırlar.
Bundan əlavə, yaz aylarında kondisioner sistemində nasazlıqlar da daha çox üzə çıxır. Uzun müddət istifadə olunmayan sistemlərdə qaz çatışmazlığı və ya texniki problemlər yarana bilər.
Ekspertlər sürücülərə mövsümi texniki baxışdan keçməyi və mümkün nasazlıqları əvvəlcədən aradan qaldırmağı tövsiyə edirlər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.