ABŞ-ın Luiziana ştatının Şrivport şəhərində baş verən atışmada səkkiz uşaq həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə PBS News məlumat yayıb.
Hüquq-mühafizə orqanları ailədaxili münaqişə zamanı ən azı 10 nəfərin güllələnmə qurbanı olduğunu açıqlayıblar.
Polis rəisi Ueyn Smitin sözlərinə görə, onlardan səkkizi bir yaşdan 14 yaşa qədər olub.
Hesabatda qeyd olunur ki, atışmada şübhəli şəxs avtomobili oğurlayıb və hadisə yerindən qaçmağa cəhd edib. O, təqib zamanı polis tərəfindən güllələnərək öldürülüb.