RU

Cəlilabadda toya gedən ailə üzvləri qəzaya düşüb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

19.04.2026-cı il tarixində saat 16:00 radələrində yol- nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i qadın, 1-i kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Barədə APA-nın cənub bürosuna TƏBİB məlumat verib.

Bildirilir ki, 2020-ci il təvəllüdlü şəxsə başın təpə və sağ tərəfli üz nahiyəsinin sıyrılmış, əzilmiş yarası diaqnozu təyin edilib.

1961-ci il təvəllüdlü şəxsdə (kişi) isə heç bir xəsarət müəyyən edilməyib.

Pasiyentə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

16:23

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, iki azyaşlının isə xəsarət alması ilə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralında Cəlilabad rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Kia" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb.
Hadisə zamanı sürücünün həyat yoldaşı Əbdürrahmanova Aytel aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda
Избранный
13
4
apa.az

6Источники