Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"Aprelin 19-da, saat 16 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki nəfər (1-i qadın, 1-i kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2020-ci il təvəllüdlü şəxsə başın təpə və sağ tərəfli üz nahiyəsinin sıyrılmış, əzilmiş yarası diaqnozu təyin edilib. 1961-ci il təvəllüdlü şəxsdə (kişi) isə heç bir xəsarət müəyyən edilməyib. Pasiyentə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb"./Oxu.az