RU

Avstriyada uşaq qidasında siçan zəhəri aşkar edilib

BAKI, 19 aprel. TELEQRAF

Avstriyada uşaq qidası məhsullarından birində siçan zəhəri tapılması ilə bağlı ciddi narahatlıq yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, polis Avstriyada HiPP şirkətinə məxsus bir bankada zəhərli maddə aşkar edib. Araşdırmaya səbəb alıcılardan birinin şikayəti olub. Təhlükəsizlik narahatlıqları səbəbindən məhsul ölkə üzrə 1,5 mindən çox mağazadan geri çağırılıb.

Bundan əlavə, yoxlamalar zamanı oxşar uşaq qidası məhsullarında zəhərli maddə izləri Çexiya və Slovakiyada da aşkarlanıb.

Şirkət nümayəndələri isə hadisənin təchizat zəncirinə kənar müdaxilə nəticəsində baş verdiyini bildiriblər.

Избранный
24
1
teleqraf.com

2Источники