RU

Makqreqor döyüşünün vaxtını açıqladı

Yüngül və yarımyüngül çəki dərəcələrində UFC-nin sabiq çempionu olan irlandiyalı Konor Makqreqorun vəkili Mark Laynem keçmiş sparrinq tərəfdaşı və dostu Artyom Lobovla bağlı məhkəmə prosesinin həllindən sonra döyüşçünün hazırladığı bəyanatı açıqlayıb.

Azreform.info xəbər verir ki, Makqreqor müraciətində bildirib ki, 2021-ci ildən sonra ilk dəfə MMA qaydaları ilə döyüşünü bu yay keçirməyi planlaşdırır.

“Mən bu məsələnin həll olunmasından məmnunam və indi diqqətimi məşqlərə və yayda keçiriləcək döyüşə yönəldə bilərəm. Artyoma viski biznesimdə gördüyü işlərə görə təşəkkür etmək istəyirəm”, – deyə Makqreqorun sözlərini “Mirror” nəşri sitat gətirib.

Избранный
6
2
azreform.info

6Источники